
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatında Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflərin təşviqi, qarşıya qoyulan vəzifələrin icrası və ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görüşlər davam etdirilir. Görüşlərin əsas məqsədi qurultayda irəli sürülən müddəaların siyasi əhəmiyyətini izah etmək, partiya üzvlərinin qarşısında duran vəzifələri diqqətə çatdırmaq və təşkilati fəaliyyətin daha səmərəli qurulmasına nail olmaqdır.
Oktyabrın 29-da Ağacanlı kənd (Hacıqabul Quşçuluq MMC) ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Qurultay nümayəndəsi, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib aslanov iştirak edərək çıxış ediblər. Natiqlər VIII Qurultayın ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindəki rolundan və qəbul edilmiş prioritetlərin həyata keçirilməsi üçün görülməli olan işlərdən danışıblar.
Çıxışlar zamanı Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması, sosial rifahın yüksəldilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər diqqətə çatdırılıb. Bildirilib ki, milli maraqların qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və ölkənin qarşısında duran strateji məqsədlərə çatması ardıcıl siyasət, siyasi sabitlik və cəmiyyətin vahid amal ətrafında səfərbər olunmasını tələb edir. Cənab Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirmək, təşkilati məsuliyyəti artırmaq və qarşıda duran vəzifələrin mahiyyətini daha aydın şəkildə ortaya qoymaq baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, partiya yarandığı gündən etibarən Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və ölkənin davamlı inkişafına xidmət edən fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Qurultayda müəyyənləşdirilən strateji hədəflərin reallaşdırılması hər bir partiya üzvündən fəallıq, məsuliyyət və təşəbbüskarlıq tələb edir. Bu baxımdan, qəbul edilən qərarların və müəyyənləşdirilən prioritetlərin üzvlər arasında geniş izah olunması, ideoloji işin müasir tələblərə uyğun qurulması, eləcə də partiyadaxili əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda qurultayın prioritetlərinin təbliğinin davam etdirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlərin təşəbbüskarlığının artırılması və ictimai-siyasi fəallığının gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, müəyyənləşdirilmiş hədəflərin ardıcıl şəkildə həyata keçirilməsi və təşkilati işin səmərəliliyinin yüksəldilməsi Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasına töhfə verəcəkdir.












