GündəmSosial

YAP Binəqədi rayon təşkilatının ərazi partiyatəşkilatlarında cənab İlham Əliyevin VIII Qurultaydakıçıxışından irəli gələn vəzifələr müzakirə olunur

Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının Sədri cənab İlham ƏliyevinYAP-ın VIII Qurultayındakı proqram xarakterliçıxışından irəli gələn məsələlərlə bağlı YAP Binəqədirayon təşkilatının ərazi partiya təşkilatlarında keçirilənsilsilə tədbirlər davam etdirilir.

Növbəti yığıncaqlar Binəqədi rayonu Xocəsən qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 100 və Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1 ünvanlı ərazi partiyatəşkilatlarında keçirilib.

Tədbirlərdə çıxış edənlər dövlət başçısınınqurultaydakı tarixi nitqinin partiyanın gələcəkfəaliyyəti üçün mühüm yol xəritəsi olduğunuvurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin tam bərpaolunmasından sonra keçirilən bu ilk qurultay ölkəmizinictimai-siyasi həyatında yeni bir mərhələninbaşlanğıcıdır.

Müzakirələr zamanı ərazi partiya təşkilatlarınınqarşısında duran əsas vəzifələrə toxunulub, deoloji işinyenidən qurulması və cəmiyyətdə partiyanın aparıcırolunun daha da gücləndirilməsi, milli maraqlarasöykənən müstəqil siyasi xəttin və dövlətçilikprinsiplərinin yerlərdə fəal təbliği, gənclərin siyasiproseslərə cəlb olunması, onların dövlətçilik ruhundatərbiyəsi və siyasi varislik ənənələrinin qorunması, ərazi təşkilatlarının fəaliyyətinin səmərəliliyininartırılması və vətəndaşlarla birbaşa ünsiyyətingenişləndirilməsi məsələləri müzakirə olunub.

Yığıncaqların sonunda partiya fəalları cənab İlhamƏliyevin rəhbərliyi ilə müəyyənləşdirilən yeni stratejihədəflərin və qarşıya qoyulan tapşırıqların icrasıistiqamətində bundan sonra da yüksək fəallıq nümayişetdirəcəklərini vurğulayıblar.

Oxşar Xəbərlər

Back to top button