
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1970-ci illərin ortalarında sovet rejiminin milli dilləri sıxışdırmaq siyasətinə qarşı aparılan mübarizə tariximizin ən şanlı səhifələrindəndir. Həmin dövrdə dil məsələsini qabardanların Sibirə sürgün olunması təhlükəsinə və bir çox respublika rəhbərlərinin acizliyinə rəğmən, Ümummilli Lider böyük cəsarət nümayiş etdirmişdir. Onun ardıcıl mübarizəsi nəticəsində 1978-ci il aprelin 2-də qəbul edilmiş Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olunmuşdur.
Müstəqillik illərində də bu məsələ öz aktuallığını qorumuş, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin “Azərbaycan dili” adlandırılması rəsmi olaraq öz əksini tapmışdır. Ulu Öndər ana dilimizin qorunmasını və dövlət dili kimi işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlaməti hesab edirdi. Məhz onun 2001-ci il 18 iyun tarixli Fərmanı ilə Dövlət Dil Komissiyası yaradılmışdır.
Bu gün müasir müstəqil Azərbaycanda dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı xüsusi olaraq qeyd edir ki, biz Azərbaycan dilinin saflığını təmin etməli və onu kənar müdaxilələrdən qorumalıyıq.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



