Siyasi dialoqla bağlı dövlətin təşəbbüslərinə dair
Hazırda Azərbaycanda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun davamlılığı və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifəsidir
Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır
Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür.
Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakıiclasındakı nitqində milli və siyasi həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin məqsədi və nəticələri haqqında demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz… Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi aparılan siyasi dialoqun bariz nümunəsidir.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.
Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, Zəfər paradının gənclərin vətənpərvər ruhda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT” Fondunun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarının icrası kontekstində Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, sülhməramlıların fəaliyyəti, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahlar ilə təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi, habelə COVID-19 pandemiyası ilə ümummilli mübarizə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.
Bəyimxanım Atakişiyeva,
Xəzər rayonu, 120 nömrəli məktəbin müəllimi