
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi stratejitərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır.
Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız
üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir.
Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir.
Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region
ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir.
Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsindən çıxan əsas qənaət ondan ibarətdir ki, ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan sarsılmaz birlik nümayiş etdirir.
Türk dünyasının inteqrasiyasına xidmət edən bu əlaqələr regionumuzun çiçəklənən
gələcəyinin ən etibarlı təminatçısıdır.
Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini



