AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şərəfli Tarixin Əbədi Qüruru: Kəlbəcər

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan xalqının şərəfli tarixinə qızıl hərflərlə yazılmış ən qürurverici səhifələrdən biridir. Uzun illər boyu doğma yurdunun həsrəti ilə yaşayan insanlar üçün 25 noyabr tarixi qaranlıq günlərin sonu və işıqlı sabahın başlanğıcı oldu. Dövlətimizin müdrik siyasəti və ordumuzun qətiyyəti sayəsində bu füsunkar diyar azadlığına qovuşdu.

Hazırda Kəlbəcərin hər bir guşəsində böyük quruculuq işləri gedir və həyat yenidən öz axarına düşür. Müasir standartlara uyğun inşa edilən yaşayış məntəqələri, məktəblər, səhiyyə ocaqları və infrastruktur layihələri bölgəni tanınmaz dərəcədə gözəlləşdirir. Doğma torpağa qayıdan hər bir ailə bu diyarın dirçəlişinə yeni nəfəs gətirir.

Bu möhtəşəm qayıdış xalqımızın sarsılmaz birliyinin, səbrinin və Vətən sevgisinin ən böyük təntənəsidir. Kəlbəcərin azadlığı ilə milli ləyaqətimiz tam bərpa olundu və tarixi ədalət öz yerini tapdı. Bundan sonra bu dağlarda yalnız sülh, sevinc və quruculuq sədaları eşidiləcəkdir.

Şərəfli tariximizin əbədi qüruru olan azad Kəlbəcər bütün zirvələri aydınladır və parlaq gələcəyindən xəbər verir. Tarixin ağır sınaqlarından üzüağ çıxan bu diyar gələcək nəsillər üçün əbədi qürur mənbəyi olaraq qalacaq. Kəlbəcər daim çiçəklənəcək və yaşayacaqdır!

Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button