Şahbulaq Qalası: Ağdamın turizm potensialının incisi

Ağdam rayonunun ərazisində yerləşən və XVIII əsrdə Pənahəli xan tərəfindən inşa etdirilən Şahbulaq Qalası regionun ən möhtəşəm tarixi-memarlıq abidələrindən biridir. Ağ daşdan tikilmiş bu qala əsrlər boyu bölgənin müdafiə və inzibati mərkəzi kimi mühüm rol oynamışdır. İşğal dövründə ermənilər bu abidəni saxtalaşdırmağa və özününküləşdirməyə çalışsalar da, həqiqət öz yerini tapdı.
Şəhərin azad olunmasından sonra Şahbulaq Qalası və ətraf ərazilərin turizm potensialının inkişafı üçün yeni imkanlar açıldı. Qalanın qorunması, ətrafının abadlaşdırılması və turistlərin rahat ziyarəti üçün zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Təbii bulaqları və füsunkar mənzərəsi ilə seçilən bu məkan ekoturizm və mədəni turizm həvəskarları üçün ideal ünvandır.
Şahbulaq Qalasının turizm marşrutlarına daxil edilməsi Ağdamın iqtisadiyyatına əlavə gəlir gətirməklə yanaşı, Azərbaycan tarixinin dünyada təbliğinə də mühüm töhfə verəcək.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini



