
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsrolunan mərasimdə çıxışı ölkədə idmanın strateji inkişafınaverilən yüksək önəmi bir daha nümayiş etdirdi. Dövlət başçısıçıxışında ötən il ərzində Azərbaycan idmançılarının beynəlxalqarenada qazandıqları uğurları təhlil edərək, bu nailiyyətlərinardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunuvurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, idman sahəsində əldəolunan qələbələr təkcə medal və kuboklarla məhdudlaşmır, eynizamanda gənclərin sağlam ruhda böyüməsinə, vətənpərvərlikhisslərinin güclənməsinə və ölkənin beynəlxalq nüfuzununartmasına xidmət edir. Bu baxımdan idmanınkütləviləşdirilməsi, regionlarda idman infrastrukturununqurulması və gənc idmançıların peşəkar səviyyədə hazırlanmasıdövlət siyasətinin əsas prioritetləri sırasında qalır.
Çıxışda son illər ərzində ölkənin müxtəlif bölgələrində inşaedilən idman kompleksləri, olimpiya mərkəzləri və zallar xüsusiqeyd olundu. Prezident İlham Əliyev bu layihələrin həm peşəkaridmanın, həm də kütləvi bədən tərbiyəsinin inkişafına cidditöhfə verdiyini bildirdi. O, regionlarda yaradılan şəraitingənclərin idmana cəlb olunmasında mühüm rol oynadığınıvurğuladı.
Dövlət başçısı məşqçilərin, idman mütəxəssislərinin vəfederasiyaların fəaliyyətinə də toxunaraq, əldə olunan uğurlarınarxasında peşəkar yanaşma, intizam və sistemli hazırlığındayandığını bildirdi. Eyni zamanda, idmançıların sosialmüdafiəsinin gücləndirilməsi, onların təhsil və karyeraimkanlarının genişləndirilməsi istiqamətində görülən işlərçıxışda xüsusi yer aldı.
Prezident İlham Əliyev çıxışının sonunda idmançılara vəməşqçilərə gələcək yarışlarda da yüksək nəticələr arzulayaraq, dövlətin idmana göstərdiyi dəstəyin bundan sonra da davamedəcəyini bəyan etdi. O, idmanın Azərbaycan cəmiyyətindəsağlam həyat tərzinin formalaşmasında və ölkənin beynəlxalqaləmdə tanıdılmasında mühüm rol oynadığını qeyd edərək, busahədə yeni hədəflərin müəyyənləşdirildiyini bildirdi.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



