Analitika

Ölkəmizi dünya miqyasında regionun lideri kimi tanıdan amillərdən biri də onun beynəlxalq tədbirlər üçün ideal məkana çevrilməsidir

Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum məsələnin önəmi barədə geniş fikir mübadiləsi aparmaq baxımından önəmli platforma oldu. Çünki forumda dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin nümayəndələri iştirak edirdilər. Cənab Prezidentin forumun gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından da böyük önəm kəsb etdi.

Forumda Prezident İlham Əliyev bir çox məsələlərə – Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub. Dövlətimizin başçısı əsas diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

“COP29 ölkəmizdə “yaşıl ideyaların” reallaşması istiqamətində institusional və kompleks tədbirlərin həyata keçirilməsinə təkan verməklə yanaşı  dünyanın “düşünən beyinləri”ni də  ölkəmizdə cəmləşdirəcək. Beləliklə Azərbaycanın COP29-a ev sahibliyi etmək istəyi  ölkəmizin xoş niyyətinin daha bir ifadəsidir. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyaraq,  aidiyyatı dövlət qurumlarının bu prosesdə yaxından iştirakını təmin edəcəkdir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq gündəlikdə sülh məsələsi də vardır. Çünki , biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazanmışıq.

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button