Analitika

Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı

Cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Bu gün biz artıq dirçəldilən Şuşanı görürük. Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bütün dünya da bilməli və qəbul etməlidir ki,  biz burada əbədi yaşamağa gəlmişik və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, – bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, – yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uzun illər mən prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.

“Şuşa həm də türk dünyası, ümumiyyətlə, islam dünyası üçün əziz şəhər, mədəniyyət ocağıdır. Prezident İlham Əliyev 10 may tarixində ulu öndər Heydər Əliyevin 101-ci doğum günündə şuşalılarla yanaşı bütün xalqımıza tarixi bir gün yaşatdı. 32 ildən sonra şuşalılar öz doğma yurd yerinə – Şuşa şəhərinə döndülər. Prezident İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü və Şuşanın azad edilməsində Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi igidlikdən, 32 il əvvəl Şuşanın işğal səbəbi barədə çıxış etdi.

Şuşanı işğaldan azad edən əsgərlərimiz dünya hərb tarixinə yazılan böyük igidlik göstərmişdilər. Ümumiyyətlə, Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində şücaət göstərdi, düşmən azərbaycanlıların sarsılmaz ruhunu, əzəmətini gördü”.

“Yeni yaşayış kompleksləri salınır, infrastruktur yenidən qurulur, ermənilərin dağıtdıqları, təhqir etdikləri məscidlərimizin bir hissəsi öz əvvəlki görünüşlərini saxlamaqla yenidən inşa edilir, qalan məscidlərimiz də təmir etdirilir. Buraya qayıdan sakinlərin məşğulluq məsələsi də öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olmasının nümunəsidir. Azərbaycan bu inkişaf, tərəqqi yoluna Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qədəm qoydu. Bu gün isə o inkişaf, tərəqqi Qarabağda davam edir”.

Kərimov Qara,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button