İdmanMaraqlıSosial
Trend

Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Badminton turniri keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydə

r Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Badminton turniri keçirilib.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə keçirilən turnirdə Bakı şəhəri üzrə 2011-2014-cü təvəllüdlü 100-dək idmançı iştirak edib.

Aktualinfo Media Qrup xəbər verir ki, “Tournament planner” proqramı vasitəsilə püşkatma mərasimindən sonra yarışa start verilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə hər yaş qrupuna uyğun olaraq 4 birinci, 4 ikinci və 8 üçüncü yer qalibi müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan qaliblərin mükafatlandırılması mərasimdə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış ediblər.

Natiqlər Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən doyulmuş dövlət gənclər və idman siyasətindən danışıb, eləcə də bu gün ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasından, Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara olan diqqət və qayğısından bəhs ediblər.

Çıxışlardan sonra qaliblərin mükafatlandırılması baş tutub. Turnirin qaliblərinə medallar, diplomlar, hədiyyələr və kuboklar təqdim edilib.

Oxşar Xəbərlər

Back to top button