Gündəmİdman

“Mançester Yunayted” “Barselona”nın futbolçusu ilə maraqlanır

İngiltərənin “Mançester Yunayted” klubu İspaniya təmsilçisi “Barselona”da çıxış edən Alexandro Balde ilə maraqlanır.

Globalnews.az “El Nacional”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro ödəməyə hazırdır.

Komandanın baş məşqçisi Ruben Amorim ispaniyalı oyunçunu heyətdə görmək istəyir.

Qeyd edək ki, Alexandro Balde Kataloniya təmsilçisinin heyətində cari mövsüm 31 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar Xəbərlər

Back to top button