AnalitikaGündəmSiyasət

Sosial siyasətdə rəqəmsal transformasiya

Elektron xidmətlərin genişləndirilməsi sosial müdafiə sisteminin müasir inkişaf istiqamətlərindən biridir. Hərbi qulluqçuların pensiya təyinatının tam elektronlaşdırılması sosial xidmətlərin rəqəmsal transformasiyasının konkret nümunəsidir.

Elektron sistemlər sənədlərin toplanması və təqdim olunması prosesini sadələşdirə, müxtəlif dövlət qurumlarında mövcud məlumatların inteqrasiyasına imkan verə bilər. Bu isə vətəndaşın sosial hüququnun həyata keçirilməsi üçün tələb olunan inzibati prosedurların azalmasına şərait yaradır.

Pensiya təyinatının avtomatlaşdırılması sosial müdafiənin yalnız maliyyə deyil, xidmət keyfiyyəti baxımından da inkişaf etdirilməsini göstərir. Rəqəmsal həllərin genişləndirilməsi gələcəkdə digər sosial xidmətlərin də daha əlçatan təşkilinə imkan verə bilər.

Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button