DünyaGündəmMaraqlıSiyasət

Kərkükdə 100 il sonra bir ilk

İraqda Kərkük vilayətində keçirilən səsvermə nəticəsində İraq Türkmən Cəbhəsinin rəhbəri Məhəmməd Səman Ağa yeni vali seçilib.

“Aktualinfo Media Qrup” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu nəticə ilə Kərkükdə təxminən 100 ildən sonra yenidən türkmən mənşəli vali vəzifəyə gəlib.

Kərkük Vilayət Şurasında keçirilən iclasda əvvəlcə keçmiş vali Rəbvar Tahanın istefası qəbul edilib. Daha sonra 14 üzvdən ibarət şurada keçirilən səsvermədə Məhəmməd Səman Ağa 12 səs toplayaraq qalib elan olunub.

Səsvermədən sonra şəhərdə və türkmən icmasında bayram əhval-ruhiyyəsi yaşanıb.

Kərkükdə yeni valinin seçilməsi İraqın federal siyasi sistemində etnik və siyasi balansın yenidən gündəmə gəlməsinə səbəb olub. Ölkənin 2003-cü ildən sonra formalaşan idarəetmə modelində bölgələrdə müxtəlif siyasi və etnik qrupların təmsilçiliyi xüsusi rol oynayır.

Qeyd edək ki, yeni vali Məhəmməd Səman Ağa İraq Türkmən Cəbhəsinin rəhbəridir və uzun müddətdir bölgədə siyasi fəaliyyət göstərir.

Oxşar Xəbərlər

Back to top button