AnalitikaGündəmSiyasət

Kəlbəcər – Zəfərimizin, dirçəlişimizin və yenidənqurmanın ünvanı

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər öz əsrarəngiz təbiəti, zənginyeraltı sərvətləri, saf suları, tarixi-mədəni abidələri və qədim yaşayış məskənləri ilə hərzaman xalqımızın qəlbində xüsusi yer tutub. Murovdağın əzəmətli zirvələri, gur çayları, meşələri, mineral bulaqları ilə seçilən bu diyar Azərbaycanın təbii sərvətlər xəzinəsiolmaqla yanaşı, milli tariximizin və mənəvi irsimizin də ayrılmaz parçasıdır.

Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinəticəsində Kəlbəcər uzun illər doğma sakinlərindən ayrı düşmüş, ağır dağıntılara vətalanlara məruz qalmışdır. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğal edilməsiAzərbaycan tarixinin ən ağrılı səhifələrindən birinə çevrildi. İşğal nəticəsində minlərləinsan doğma yurd-yuvasını tərk etməyə məcbur oldu, yaşayış evləri, tarixi abidələr, mədəniyyət ocaqları dağıdıldı, bölgənin təbii sərvətləri talan edildi.

Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildəpozulması idi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylıqətnamədə Kəlbəcər rayonunu və Azərbaycanın digər ərazilərini zəbt etmiş qüvvələrindərhal çıxarılmasını tələb etmişdi. Lakin Ermənistan bu qətnamənin tələblərinə əməletmədi. Bununla da Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşıhörmətsizlik nümayiş etdirildi.

İşğal dövründə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırmasiyasəti də bölgənin demoqrafik və tarixi-mədəni mənzərəsini dəyişdirməyə yönəlmişdi. Azərbaycanın tarixi torpaqlarında süni məskunlaşma aparılması, azərbaycanlılarındoğma yurdlarına qayıdış imkanlarının məhdudlaşdırılması və maddi-mədəni irsinmənimsənilməsinə cəhdlər beynəlxalq hüquqa zidd addımlar idi. Bununla belə, Kəlbəcərin tarixi yaddaşı, xalqımızın bu torpağa bağlılığı heç vaxt silinmədi. Kəlbəcərsakinləri illər boyu doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadılar.

2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığıtarixi Zəfər xalqımızın çoxəsrlik arzularını gerçəkləşdirdi. Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcərrayonu Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcər bir güllə belə atılmadan, siyasi-diplomatik qələbəmizin nəticəsi olaraq işğaldan azad edildi.

Bu hadisə Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir. 2023-cü il iyulun 31-də imzalanmış Prezident Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimitəsis edildi. Bu tarix artıq xalqımızın yaddaşında yalnız azadlığın deyil, həm də ədalətinbərpasının, milli birliyin və dövlətimizin gücünün rəmzi kimi yaşayır.

Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərinvə rayonun yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi potensialının üzəçıxarılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təminedilməsi oldu. Bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı layihələr həyatakeçirilməyə başlandı. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planınhazırlanması şəhərin müasir memarlıq prinsipləri əsasında yenidən qurulmasınınəzərdə tutur. Baş planda yaşayış məhəllələrinin, sosial obyektlərin, təhsil və səhiyyəmüəssisələrinin, inzibati binaların, istirahət zonalarının və müasir infrastrukturunyaradılması əsas istiqamətlərdəndir.

Kəlbəcərin gələcək inkişafında bölgənin zəngin enerji ehtiyatlarından səmərəliistifadə də mühüm yer tutur. Çayların hidroenerji potensialı, xüsusilə kiçik su elektrikstansiyalarının tikintisi regionun enerji təminatına əhəmiyyətli töhfə verir. İşğaldan azadedilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması strategiyasına uyğun olaraqKəlbəcərdə bir sıra su elektrik stansiyaları inşa edilir və istifadəyə verilir. Bu layihələrhəm ekoloji cəhətdən təmiz enerji istehsalına, həm də regionun iqtisadi inkişafınaxidmət edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri butorpağın dirçəlişinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Dövlətbaşçısının 2022-ci il iyunun 26-da Kəlbəcərə səfəri zamanı bir sıra mühüm layihələrintəməli qoyuldu və açılış mərasimləri keçirildi. Səfər çərçivəsində “Kəlbəcər-1” Kiçik SuElektrik Stansiyasının açılışı oldu, rayonda hərbi hissə istifadəyə verildi. Kəlbəcər-Laçınavtomobil yolunun tikintisi ilə tanışlıq keçirildi, şəhərin Baş planına baxıldı və İşğal vəZəfər muzeyləri kompleksinin təməli qoyuldu.

Həmin səfər zamanı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral suzavodunun, “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirildi. Dövlət başçısı, həmçinin “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında aparılan tikinti işlərinin gedişi ilətanış oldu. Bütün bunlar Kəlbəcərin yalnız bərpa edilmədiyini, həm də müasirtexnologiyalara əsaslanan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərirdi.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 2-də Kəlbəcərə növbəti səfəri dəmühüm hadisələrlə yadda qaldı. Səfər çərçivəsində Tərtər çayı üzərində yerləşən“Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı keçirildi, Xudavəng monastırkompleksinə baxış oldu. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsindəinşa edilən dördüncü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıqkeçirildi.

Həmin gün Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməli qoyuldu, 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq baş tutdu. Kəlbəcər Şəhər TəhsilKompleksində aparılan işlər və modul tipli məktəbin layihəsi nəzərdən keçirildi, şəhərdəinzibati binanın təməli qoyuldu. Bu layihələr gələcəkdə Kəlbəcərdə həyatın canlanması, ailələrin təhlükəsiz və rahat şəraitdə yaşaması, uşaqların müasir təhsil imkanlarındanyararlanması baxımından böyük əhəmiyyət daşıyır.

Səfər zamanı “İstisu” mineral su zavodunun açılışı da Kəlbəcərin iqtisadipotensialının bərpası istiqamətində mühüm addım oldu. Dünyaca məşhur “İstisu” mineral suyunun yenidən istehsalına başlanması bölgənin təbii sərvətlərinin xalqımızınrifahına xidmət etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı keçirildi, SCADA sistemi vasitəsilə Göygölrayonunda yerləşən “Toğanalı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verildi. “İstisu” yarımstansiyasının açılışı isə bölgənin enerji infrastrukturunun möhkəmləndirilməsinəxidmət etdi.

Dövlət başçısı “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə dətanış oldu və İstisu qəsəbəsinin təməlqoyma mərasimində iştirak etdi. Bütün bulayihələr Kəlbəcərin gələcəkdə turizm, sənaye, kənd təsərrüfatı və energetikasahələrində mühüm mərkəzlərdən birinə çevriləcəyinə böyük ümid yaradır.

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri təkcə binaların, yolların vəinfrastrukturun inşası demək deyil. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanlarınarzularının gerçəkləşməsi, dağıdılmış şəhərin yenidən həyata qayıtması, tarixi ədalətinbərpasıdır. Kəlbəcərin hər bir küçəsi, hər bir daşı, hər bir bulağı xalqımızın yaddaşındaözünəməxsus yer tutur. Burada ucaldılan yeni binalar, salınan yollar və istifadəyəverilən müəssisələr Azərbaycanın gücünü, quruculuq əzmini və gələcəyə inamınınümayiş etdirir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımız üçün böyük qürur və sevinc günüdür. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənsevgisi qarşısında heç bir maneə dayana bilməz. Kəlbəcərin azadlığı Azərbaycanxalqının iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Müzəffər Ali BaşKomandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir.

Əminliklə söyləyə bilərik ki, Kəlbəcər yaxın gələcəkdə daha da abadlaşacaq, özəvvəlki şöhrətini bərpa etməklə yanaşı, müasir inkişafın nümunəsinə çevriləcək. Doğmayurdlarına qayıdan sakinlərin gülüşü, yenidən qurulan evlərdən yüksələn həyat səsi vəKəlbəcərin qoynunda başlanan yeni həyat bu torpağın əbədi olaraq Azərbaycanaməxsus olduğunu bir daha təsdiqləyəcək.

Kəlbəcər azaddır, Kəlbəcər dirçəlir və Kəlbəcər gələcəyə inamla addımlayır!

Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button