AnalitikaGündəmSiyasət

Kəlbəcər – Tarixin yaddaşında yaşayan müqəddəs yurd

Hər bir xalqın tarixində elə torpaqlar var ki, onların adı çəkiləndə yalnız bir coğrafiməkan deyil, bütöv bir tarix, mədəniyyət və mənəviyyat dünyası göz önündəcanlanır. Kəlbəcər də Azərbaycan xalqı üçün məhz belə müqəddəs məkanlardanbiridir. Qədim yaşayış izləri, tarixi abidələri, zəngin folkloru və özünəməxsus adət-ənənələri ilə seçilən bu diyar xalqımızın çoxəsrlik keçmişinin mühüm səhifələriniözündə yaşadır. Kəlbəcərin tarixi yalnız onun daş kitabələrində və qədimtikililərində deyil, həm də bu torpaqda yaşayan insanların yaddaşında, söylədiklərirəvayətlərdə və qoruduqları ənənələrdə yaşayır.

İşğal illəri Kəlbəcərin tarixi və mədəni irsinə ağır zərbələr vurdu. Bir çox tarixiabidələr dağıntılara məruz qaldı, maddi-mədəniyyət nümunələri təhlükə altınadüşdü. Lakin heç bir işğal xalqın yaddaşından öz torpağının tarixini silə bilməz. Kəlbəcərlilər doğma yurdlarının keçmişini yaşatmaq, tarixi irsini qorumaq vəgələcək nəsillərə çatdırmaq üçün daim səy göstərdilər. Onların xatirələrindəqorunan hər bir hadisə, hər bir məkan adı və hər bir ailə hekayəsi bu diyarınmənəvi xəzinəsinin bir hissəsinə çevrildi.

Kəlbəcərin 2020-ci il noyabrın 25-də işğaldan azad edilməsi tarixi ədalətin bərpasıilə yanaşı, milli-mədəni irsimizin yenidən öz doğma sahibinə qovuşmasıbaxımından da böyük əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyününbərpası istiqamətində mühüm nailiyyət əldə etdi. Bu qələbə xalqımızın tarixitorpaqlarına bağlılığını və dövlətimizin milli maraqlarını qorumaq əzmini bir dahanümayiş etdirdi. 25 Noyabr artıq Kəlbəcərin azadlıq tarixinin, xalqımızıniradəsinin və dövlətimizin gücünün rəmzidir.

Bu gün Kəlbəcərdə tarixi irsin qorunması, dağıdılmış yaşayış məntəqələrininbərpası və bölgənin əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm işlərgörülür. Tarixi abidələrin araşdırılması, mədəni irs nümunələrinin gələcək nəsillərəçatdırılması və milli-mənəvi dəyərlərin yaşadılması xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər yalnız yenidən qurulan şəhər deyil, həm də xalqımızın yaddaşını, kimliyini və tarixə sədaqətini yaşadan bir məkandır. Bu torpağın hər bir daşıgələcək nəsillərə Vətən sevgisinin, tarixi yaddaşın və milli qürurun nə qədərqiymətli olduğunu xatırladacaq.

Elvin Həsənov,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button