AnalitikaGündəmSiyasət

İqtisadi əməkdaşlıq və yeni investisiya imkanları

Azərbaycanın xarici iqtisadi siyasətində beynəlxalq ticarət əlaqələriningenişləndirilməsi, yeni investisiyaların cəlb olunması və milli iqtisadiyyatınrəqabət qabiliyyətinin artırılması mühüm yer tutur. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinə xüsusi diqqət yetirməsi bu istiqamətdə mövcudimkanların əhəmiyyətini bir daha ortaya qoymuşdur. Dövlət başçısı iki ölkəarasında iqtisadi və ticarət əlaqələrinin davamlı inkişaf etdiyini, lakin mövcudgöstəricilərin əməkdaşlıq potensialını tam əks etdirmədiyini bildirmişdir.

Müsahibədə qeyd olunduğu kimi, 2025-ci ildə Azərbaycanla Vyetnam arasındaticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötmüşdür. Bu göstərici ikitərəfliiqtisadi əlaqələrin inkişaf dinamikasını nümayiş etdirsə də, qarşıda daha genişimkanlar mövcuddur. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, infrastruktur vədigər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin vardır. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə Vyetnamın PetroVietnamşirkəti arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış anlaşma memorandumu neft-qaz yataqlarının kəşfiyyatı vəişlənməsi, texniki xidmətlər, eləcə də mütəxəssislərin hazırlanması kimi sahələriəhatə edir.

Vyetnam şirkətlərinin Azərbaycanda investisiya layihələrinə maraq göstərməsi dəiqtisadi əlaqələrin inkişafında yeni imkanlar yaradır. Prezidentin müsahibəsindəROX Group şirkətinin fəaliyyəti bu baxımdan nümunə kimi qeyd edilmişdir. Şirkətin tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrindəlayihələrə maraq göstərməsi Azərbaycanın investisiya mühitinə beynəlxalq biznesdairələrinin diqqətini əks etdirir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinciAzərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ROX Group ilə müvafiqsənədlərin imzalanması bu istiqamətdə əməkdaşlığın praktiki müstəviyə keçdiyinigöstərir.

İqtisadi əlaqələrin genişləndirilməsi yalnız ticarət dövriyyəsinin artırılması iləməhdudlaşmır. Bu proses yeni iş yerlərinin yaradılması, texnologiya mübadiləsi, istehsal imkanlarının genişləndirilməsi və hər iki ölkənin iqtisadi potensialındandaha səmərəli istifadə olunması baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan və Vyetnam arasındaiqtisadi tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Qarşılıqlıinvestisiyalar və birgə layihələr iki ölkənin iqtisadi münasibətlərinə yeni məzmunqazandıra bilər.

Aygün Quliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button