İki qardaş ölkə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir
İki qardaş ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri uğurlu strategiyanın, qətiyyətli siyasətinin nəticəsidir ki, bu gün dünyanın istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablaşır, regionla bağlı bütün məsələləri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir. İki qardaş ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri uğurlu strategiyanın, qətiyyətli siyasətinin nəticəsidir ki, bu gün dünyanın istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablaşır, regionla bağlı bütün məsələləri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir. İki qardaş ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri uğurlu strategiyanın, qətiyyətli siyasətinin nəticəsidir ki, bu gün dünyanın istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablaşır, regionla bağlı bütün məsələləri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir. Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsinin Azərbaycan xalqını çox sevindirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir”.
İki qardaş ölkə arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan hər zaman xarici siyasət sahəsində vahid mövqedən çıxış ediblər və bundan sonra da bu siyasət davam edəcəkdir. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Azərbaycan Ordusunun qurulması, modernləşdirilməsi sahəsində Türkiyə tərəfindən böyük köməkliklər göstərilib. Ordumuz bundan sonra da Türkiyə modeli əsasında inkişaf edəcək. İki ölkənin müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Ordunun gücləndirilməsi əsas şərtdir. Çünki dünyada ikili standart oyunu güc amilini önə çəkir, çünki əksər vaxtı beynəlxalq hüquq çevik və obyektiv çalışmır. Qərar vermir və bəzən də vermək istəmir. Azərbaycan torpaqlarının işğalçılardan hüquqi müstəvidə azad olunması zamanı bu reallıqları gördük. Azərbaycan dünya siyasi birliyinin həyata keçirə bilmədiyi, qanunların və qərarların icrasının təmin olunmadığı siyasi şəraitdə öz gücünə, Müzəffər Ordusuna arxalanaraq 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu. Şanlı Zəfərin qazanılması sayəsində gücümüz dünyaya bəyan oldu, bu bizim güclü Ordumuzun sayəsində baş verdi. Türkiyə və Azərbaycan qardaşlığı müştərək gücün, qətiyyətin və iradənin qarşısında dirəniş və duruş gətirilməsinin mümkünsüzlüyünün geniş və məzmunlu ifadəsini tapdığı, dünyanın axarına təsir göstərə bilən müasir regional faktordur. Gücün, haqqın və ədalətin təntənəsinin bariz nümunəsi olan İkinci Qarabağ müharibəsindən sonra gözlərimiz önündə dayanan ilk hadisə isə Şuşa Bəyannaməsinin imzalanmasıdır.
Rzayeva Səba,
YAP-ın gənc fəalı.