AnalitikaGündəmSosial

Gənclik və Ana Dili Sevgisi

Ulu Öndər Heydər Əliyev gənclərimizin inkişafında və onların vətənpərvər ruhda tərbiyəsində ana dilinin rolunu hər zaman çox yüksək qiymətləndirirdi. O, Azərbaycan Respublikası gənclərinin birinci forumunda vurğulamışdır ki, öz dilini bilməyən və sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Gənclər xarici dilləri öyrənməli, lakin ana dilini hamısından yaxşı bilməlidirlər.

Prezident İlham Əliyev də gənclərin bu ruhda yetişməsi üçün dilimizin saflığını qorumağın vacibliyini aşılayır. O, AMEA-nın yubiley tədbirindəki çıxışında vurğulamışdır ki, biz əsrlər boyu dilimizi qorumuşuq və bu gün də qorumalıyıq, çünki dilimizin kənar kəlmələrə ehtiyacı yoxdur.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü cəmiyyətimiz, xüsusən də gənc nəsil üçün əsl maariflənmə bayramıdır. Bu günün qeyd olunması dilimizin tarixi keçmişini və zənginliyini öyrənmək üçün mühüm fürsətdir.

Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button