AnalitikaGündəmSiyasət

Füzuli Şəhəri Günü-Zəfər və Dirçəlişimizin rəmzi

Füzuli Azərbaycanın qədim və tarixi şəhərlərindən biridir. Füzuli rayonu Azərbaycanı cənub şərqində yerləşir. Qarabağ bölgəsində yerləşən bu şəhər öz zəngin tarixi,mədəniyyəti və gözəl təbiəti ilə seçilir.

Füzuli şəhəri 1993-cu il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də işğaldan azad edildi.

Hər il oktyabrın 17-si Azərbaycanda Füzuli şəhəri günü kimi qeyd olunur. Bu gün xalqımızın qəhrəmanlıq tarixini, Vətən sevgini və azadlıq uğrunda mübarizəni özündə əks etdirir. Füzuli artıq quruculuğun, ümidin və gələcəyə inamın rəmzinə çevirilir.

Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqların bərpasında dost və qardaş ölkələrin dəstəyini yüksək qiymətləndirir. Bu baxımdan qardaş Özbəkistanın Füzuliyə göstərdiyi diqqət xüsusi əhəmiyyət daşıyır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Fizuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edilib. Bu dəstək yalnız maddı deyil, eyni zamanda Azərbaycan xalqına göstərilən mənəvi dəstəyin,ortaq tarixi köklərimizin və sarsılmaz qardaşlıq münasibətlərimizin ifadəsidir.

Azərbaycan Respublikasının Przeidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuliyə Səfərləri şəhərin yenidən qurulması və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı müxtəlif infrastruktur layihələrinin təməli qoyulmuş,şəhərin gələcək inkişafı üçün vacib addımlar atılmışdır.

16.11.2020- ci il Füzuli Azərbaycan bayrağının ucaldılması, Zəfər yolunun təməlinin qoyulması, 14.01.2021-ci il Fizuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanın təməl qoyma mərasimləri, 14.02.2021-ci il Horadiz-Ağbəndi dəmir yolu xəttinin təməlinin qoyulması, 15.03.2021-ci il Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması, 14.06.2021-ci il Fizuli yarım stansiyasının açılışı, 29.08.2021-ci il Füzuli təməlinin qoyulması, 17.10.2021-ci ildə Prezident və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfəri, Füzuli Ağdam avtomobil yolunun,rəqəmsal yarım stansiyanın idarətmə mərkəzinin, yeni yaşayış məhəlləsinin təməlinin qoyulması Füzuli dirçəliş tarixində mühüm iz qoymuşdur.

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şanlı tarixdir.

İnanırıq ki, Füzuli yaxın gələcəkdə Azərbaycanın ən gözəl və müasir şəhərlərindən birinə çevrilicək.

Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button