AnalitikaQarabağ və Şərqi ZəngəzurSiyasət

Ermənistan  tərəfi tarixi dini və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib

Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Bu gün Azərbaycan dövləti Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.  Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin 44 günlük vətən müharibəsində hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Düşmənin bele müharibə törətməkdə əsas məqsədi Azerbaycanın Şəhər və kəndlərində dinc əhalini təşviş içinə salmaq idi. Lakin Azərbaycan dövlətinin sayıqlığı düzgün taktiki gedişlər etməsi sayəsində düşmənin mənfur niyyəti baş tutmadı.

Ordumuz bu dəfə öz gücünü döyüş meydanında lazımı səviyədə göstərdi.  Konstruktiv siyasət yürütməyi rəhbər tutan dövlətimiz tarixi qələbə qazanan tərəf kimi Ermənistana sülh çağırışı edərək, regional aktorları da özündə ehtiva edən əməkdaşlıq platformasının qurulması təşəbbüsünü irəli sürdü. Azərbaycan kimi yalnız qurucu əməllərə sadiq olan bir dövlət və xalq ermənilərin əsrlərlə azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımları fonunda belə tarixi və nümunəvi addım ata bilərdi. Buna baxmayaraq, ermənilər yenə də öz xislətlərindən əl çəkmir, revanşist şüarlar səsləndirir, sərhəddə təxribatlar törədir, tarixi ədavətin və düşmənçiliyin davam etdirilməsində maraqlı olduqlarını göstərirlər. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır.

Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Hər kəsə məlumdur ki, Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button