
Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyüküstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizinmöhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmətedir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusiləsərhədlərimizin perimetri boyunca mövcud olan bugünküşəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüməhəmiyyət kəsb edir.
Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatınıenerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiyaölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonrabeynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzvMərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlıəlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütünölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerjitəhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımızrolu şərtləndirir.
Həmçinin deməliyəm ki, Azərbaycan TDT-yə üzv ölkələrləikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzvölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərinbaşçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan vəÖzbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələrimzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksəksəviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiyafondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi vəsəfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəniölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyasıölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyimkimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədəndemişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqaailəmiz yoxdur.
Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belətəşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatlarınsiyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rastgəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadivə siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayaninsanlar, xalqlar arasında münasibətlər də qarşılıqlıəlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərinoxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızımöhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.
TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondanibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizinərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünküsiyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç birölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabitvəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nəinvestisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakıdigər ölkələrdən fərqləndirən mühüm amildir.
Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklərbu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə dəplanetin müxtəlif yerlərində əks proseslərin getdiyinigördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbətdinamikanı – həm sənaye istehsalının artımını, həm iqtisadigöstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütünbunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsindəhəyata keçirilən siyasətin böyük nailiyyətidir.
Arzu Zərbalıyeva,
YAP fəali, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı



