Analitika

Ekoloji terrora səssiz qalmayan xalqın birliyi bizim gücümüzün göstəricisidir

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, vandallıq, ekoloji terror göz qabağındadır. Təcavüzkar ölkə 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra da belə çirkin əməllərindən əl çəkmir. 
Onlara edilən hər güzəştə, Azərbaycanın humanizm addımlarına baxmayaraq, daim öz xislətlərinə uyğun davranırlar. Məğlub ölkə olaraq kapitulyasiya aktını imzaladıqdan sonra onlara verilən vaxt ərzində Kəlbəcəri, Laçını tərk edərkən belə evləri, meşələri yandırdılar. Ağdamda isə təsəvvüredilməz dərəcədə vandallıq etmişdilər. Orada 30 il müddətində yandırmağa bir şey qalmamışdı, çünki daşı daş üstündə qoymayaraq, şəhərin axırına çıxmışdılar. Laçın yolu hazır olduqdan sonra Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxmaq üçün möhlət istədiklərində də Azərbaycan humanist addım ataraq avqustun sonuna kimi ermənilərə vaxt vermişdi. Bu ərazilərimizi tərk edərkən də yenə özlərinin olmayan hər şeyi yandırmağa başladılar. Ermənilər qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Bu zaman Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınmışdı. Son günlərdə isə ermənilərin Xocalı istiqamətində yanğın törətməsi məlum oldu. Hər dəfə məğlub olduqda həm hərbi, həm də danışıqlar masasında uduzduqlarını gördükdə, belə alçaq əməllərə əl atan ermənilər hər şeydən əvvəl insanlıqdan kənar olduqlarını göstərirlər. Heç insan gözəllikləri, təbiəti məhv edərmi? Amma vandallar bunu edirlər. Təbii ki, ermənilərin ekoloji terroru yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda Ermənistan ərazisindən keçərək gələn, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən çayların çirkləndirilməsi, təbiətə vurulan digər ziyanlar da ekoterrorizmi açıq-aydın göstərir. Bu illər ərazində çirkləndirilmə nəticəsində çayların suyu yararsız hala düşüb. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra  ərazilərimizin bərpası istiqamətində sürətli işlərə başlanılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda təbiətə vurulmuş ziyanın miqyası ölçülür, çayların çirklənmə səviyyəsi öyrənilir. İndiyədək aparılan təhlillərə görə, ən çox çirklənmə Oxçuçayda qeydə alınıb.Transsərhəd çay Ermənistan ərazisində daim çirklənməyə məruz qalıb. Belə ki, çayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Aparılan araşdırmalar zamanı Oxçuçayın çirklənmə səbəbinin Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması ilə bağlı olduğu müəyyənləşib. Çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın suyu yararsız hesab edilir. Çayın suyundan istifadə insan sağlamlığı üçün zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Çayın çirkliliyi onun biomüxtəlifliyinin məhvinə də gətirib çıxarır. Bunun nəticəsidir ki, müxtəlif vaxtlarda çayda balıqların kütləvi ölümünə də rast gəlinir. Təbii ki, çirklənmə yalnız Oxçuçayda deyil. İşğaldan azad olunmuş ərazilərin hər qarışında ekoloji terrorun izləri görünür. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.12 dekabr tarxində  Şuşa-Xankəndi yolunda vətəndaşlarmızın erməni ekoterrorizminə səsiz qalmadıqlarını etiraz aksiyasıda nümaiş etirməklə buna səsiz qalmadıqlarını nümaiş etirdilər.. Aksiya günlərdir davam edir, aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər. Monitoriqin keçirilməsinə nail olacağıq və yenidən quraraq, yaradaraq, əkərək, becərərək Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəklər. O gün uzaq deyil.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button