Əbədi Zəfər: Gələcəyə Baxış və Sabitlik

8 Noyabr Zəfər Günü sadəcə bir təqvim bayramı deyil, həm də Azərbaycanın gələcək inkişafının strateji bələdçisidir. Bu qələbə ölkəmizə regionda uzunmüddətli sülh və sabitlik gətirmək üçün yeni imkanlar yaratdı. Azərbaycan artıq qalib ölkə kimi öz mövqelərini möhkəmləndirir və gələcəyə inamla baxır.
Bölgədə nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar bütün regionun iqtisadi inkişafına təkan verəcəkdir. Azərbaycan sülh tərəfdarı olduğunu dəfələrlə bəyan edib və regionda əməkdaşlıq mühitinin yaradılmasına çalışır. Qalib dövlət olaraq bizim məqsədimiz inkişaf və tərəqqidir.
Gələcək nəsillər bu şanlı tarixi hər zaman qürurla xatırlayacaq və Zəfər Gününü böyük coşqu ilə qeyd edəcəklər. Azərbaycan xalqı öz birliyi, əzmi və iradəsi sayəsində nələrə qadir olduğunu bütün dünyaya sübut etdi. Bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Zəfər Günü bizim milli kimliyimizin və gücümüzün təntənəsidir. Azərbaycan hər zaman sülh, ədalət və inkişaf yolu ilə irəliləyəcək, üçrəngli bayrağımız isə hər zaman zirvələrdə dalğalanacaqdır. Yaşasın müzəffər Azərbaycan ordusu, yaşasın qalib xalqımız!
Vəfa Bayramova,
YAP Nizami rayon təşkilatının fəal üzvü



