GündəmAnalitikaSiyasət

Azərbaycanın Beynəlxalq Aləmdə artan nüfuzu

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq hüququn aliliyi və regional əməkdaşlığın gücləndirilməsi

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın müstəqil xarici siyasət kursunu, ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində qazandığı tarixi Qələbəni, eləcə də regionda davamlı sülhün təmin olunmasına verdiyi töhfəni əks etdirir. Dövlət başçısı Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşərək Avrasiya məkanında birləşdirici mərkəz kimi artan rolunu vurğulamış, ölkəmizin siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə beynəlxalq əməkdaşlığının regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.

Çıxışda Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan yanaşması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında icra olunmaması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini qeyd etmişdir. Dövlət başçısı Azərbaycanın müharibədən sonra qisasçılıq yolunu seçmədiyini, sülh təklif etdiyini və regionda davamlı sülhün qorunmasının vacibliyini vurğulamışdır.

Prezident, həmçinin Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, üzv dövlətlər arasında dialoqun genişləndirilməsi, nəqliyyat bağlantılarının, rəqəmsallaşmanın, təhsil, elm, turizm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırmışdır. Çıxış Azərbaycanın beynəlxalq hüququn aliliyinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə, eləcə də regional təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə əsaslanan siyasətinin əhəmiyyətini bir daha nümayiş etdirmişdir.

Aytəkin Mirzəyeva,
YAP fəalı, Hacıqabul rayon Mərkəzi kitabxanasının əməkdaşı 

Oxşar Xəbərlər

Back to top button