Dünya
Aİ 2014-cü ildən bəri Ukraynanı 90 milyard avro həcmində maliyyələşdirib
Avropa İttifaqı 2014-cü ildən indiyədək Ukraynaya 90 milyard avro vəsait verib, 2023-cü ildə isə kredit yardımının həcmi 18 milyard avro təşkil edəcək.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Parisdə Ukraynaya donor yardımı konfransında çıxış edərkən deyib.
“Avropa İttifaqı 2014-cü ildən bəri Ukraynanı 90 milyard avro həcmində maliyyələşdirib. Biz 2023-cü ildə Kiyevə 18 milyard avro, yəni ayda 1,5 milyard avro ayrılması ilə bağlı raziliq əldə etmişik”, – deyə Ursula Fon der Lyayen vurğulayıb.
Avropa Komissiyası həmin vəsaitin Ukraynaya güzəştli kreditlər şəklində ayrılacağını bildirib.