AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamda mədəniyyət və incəsənətin yenidən doğuluşu

Ağdam tarixən Azərbaycan muğam sənətinin, musiqisinin və ədəbiyyatının beşiklərindən biri olmuşdur. Bu torpaq dünya şöhrətli xanəndələr, bəstəkarlar və şairlər yetişdirmişdir. İşğal illərində şəhərin Muğam Mərkəzi, Dram Teatrı və mədəniyyət evləri dağıdılsa da, ağdamlıların sənət eşqi sönməmişdi.

Şəhər azad edildikdən sonra mədəni mühitin bərpası istiqamətində mühüm layihələrə start verildi. Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması və inşası bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Müasir memarlıq üslubunda inşa edilən bu mərkəz gənc istedadların yetişməsinə və muğam irsimizin yaşadılmasına xidmət edəcək.

Teatrların, rəsm qalereyalarının və konsert salonlarının fəaliyyətə başlaması Ağdama öz əvvəlki canlılığını və mədəni ruhunu qaytaracaq. Şəhər yenidən mötəbər incəsənət festivallarının və mədəni tədbirlərin ev sahibinə çevriləcək.

Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yavər Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button