GündəmSosial

8 Noyabr – Zəfər Günü münasibətilə Yeni

8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə salınmış “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon icra hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının əməkdaşları, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, Vətən müharibəsi qaziləri və DOST İş Mərkəzinin işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, respublika prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan bu tarixi Qələbənin şəhidlərimizin canı və qanı bahasına əldə olunmasından bəhs edib. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların adlarının yaşadılmasının və Vətənə sevginin gələcək nəsillərə aşılanmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.
Ağacəkmə aksiyasında “Vətən bağı”nda 350 ədəd meyvə ağacı əkilib.
Aksiya şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın ifadəsi olmaqla yanaşı, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə də bir töhfədir.

Oxşar Xəbərlər

Back to top button