8 Noyabr: Şuşanın Əbədi Azadlıq və Dövlətçilik Təntənəsi

Hər il böyük coşğu və qürur hissi ilə qeyd olunan 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü Azərbaycan dövlətçilik tarixinin ən şanlı və əlamətdar bayramıdır. Bu tarix xalqımızın 28 illik həsrətinə son qoyan və ərazi bütövlüyümüzü bərpa edən müqəddəs gündür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şuşa Zəfəri Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmiş, xalq-dövlət-ordu birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir.
Bu gün azad Şuşa özünün yeni inkişaf dövrünü yaşayaraq, bərpa olunan abidələri, müasir binaları və xoşbəxt sakinləri ilə Azərbaycanın qüdrətini əks etdirir. Şəhər regionda sülhün və əmin-amanlığın rəmzinə çevrilmişdir.
8 Noyabr tarixi əbədi olaraq Şuşanın azadlıq, Azərbaycanın isə qələbə və dövlətçilik təntənəsi kimi tarixin yaddaşında parlayacaqdır.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



