Gündəm

Xəzər rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibəti ilə konfrans keçirilib

Xəzər rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibəti ilə konfrans keçirilib.

Aktualinfo.az xəbər verir ki, konfransda Xəzər Rayon İcra Hakimiyyətnin başçısının I müavini Elşən Qurbanov, Milli Məclisin deputatları Rauf Əliyev, Kamilə Əliyeva, Ramin Məmmədov, RİH başçısının müavini, RİH başçısı Aparatının şöbə müdirləri, rayon səhiyyə müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkda keçirilən konfrans Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısının I müavini Elşən Qurbanov akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat verib. Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın həyat fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayan Elşən Qurbanov, onun “Əməkdar elm xadimi” fəxri adına, “Qırmızı əmək bayrağı ordeni”nə və tibb elminin Nobel mükafatı adlandırılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünu qeyd edib. Eyni zamanda Zərifə xanım Əliyeva çətin və mübarizələrlə dolu həyat yolu keçmiş Heydər Əliyevə hər zaman sədaqətli həyat yoldaşı kimi dayaq olduğunu, vətənə layiqli övladlar yetişdirdiyini vurğulayıb.           Görkəmli alim Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırılaraq, inkişaf etdirildiyini qeyd edən natiq, akademik Zərifə xanım Əliyevanın ideyaları bu gün də yaşayır, elmimizin inkişafına xidmət edərək işıq saçdığını vurğulayıb.

Milli Məclisin deputatları Rauf Əliyev, Kamilə Əliyeva və Ramin Məmmədov çixişları zamanı akademik Zərifə xanım Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı müxtəlif mövzulara toxunaraq, Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Konfransda çıxış edən Xəzər Tibb Mərkəzinin baş həkimi Tərlan Bəbirov görkəmli akademik Zərifə xanım Əliyevanın oftalmoloğiya sahəsində əvəzsiz xidmətləri və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etdiyi barədə danışaraq, onun bənzərsiz, işıqlı bir ömür yaşadığını vurğulayıb və bu işıqdan hamıya – ailəsinə, əhatəsində olan hər kəsə və gözünün nurunu itirmiş insanlara pay çatdığını qeyd edib.

Çıxışlardan sonra Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yübileyinə həsr olunan “Zirvələrə yüksələn zərif insan ömrü” adlı videofilm nümayiş olunub.

Konfransın sonunda xatirə şəkili çəkilib.

Oxşar Xəbərlər

Back to top button