Tacikistan və Azərbaycan iki sabit dövlətdir
Bugün sabit dövlətlərdən biri də Tacikistandır. Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldırki bu gün ölkəmizin qarşılıqlı əlaqəli geniş spektr üzrə ardıcıl sürətdə inkişaf edir. Azərbaycanla Tacikistanı oxşar taleli ölkələr adlandırmaq mümkündür. Təxminən 70 il ərzində eyni dövlətin – keçmiş SSRİ-nin tərkibində olan hər iki ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra da bir-birinə bənzəyən yol keçiblər. Belə ki, imperiya buxovlarından qurtulan ölkələrimiz müstəqilliyin ilk illərində çətinliklərlə üzləşiblər. Həm Tacikistanda, həm də Azərbaycanda ictimai-siyasi sabitlik pozulub, vətəndaş müharibəsi təhlükəsi yaranıb. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Belə vəziyyət Azərbaycanda və Tacikistanda hələ çox kövrək olan müstəqilliyə ciddi təhdidlər yaradırdı. Hər iki ölkə çətin vəziyyətdən məhz liderlərin uzaqgörənliyi sayəsində çıxmağı bacarıb. Həm Prezident Heydər Əliyev, həm də Prezident Emoməli Rəhmon hərəsi öz ölkəsində çətinliklərdən çıxmaq və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Hər iki ölkə müxtəlif sahələrdə böyük uğurlar qazanıblar ki, bunun da əsasında sabitlik dayanır. Bu gün öz regionumuzda və bütövlükdə, dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. “Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”, – deyə Prezident İlham Əliyev dəfələrlə vurğulayıb. Azərbaycan prezidentini Tacikistana sayca 5-ci səfəri baş tutmuşdur. Eyni zamanda, Tacikistan prezidentinində bir neçə dəfə Azərbaycana səfəri olub. Qarşılıqlı səfərlər zamanı ölkəmizin gündəliyinin aktual məsələləri müzakirə olunub. Qeyd edək ki, Azərbaycan və Tacikistan ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasında yer alır.
Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də ikitərəfli əməkdaşlıq uğurla inkişaf edir. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.
Həsənova Şəfəq,
Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin müəllimi