Ağdam: Sülhün, birliyin və əbədi qayıdışın simvolu

Ağdamın işğaldan azad olunması və sürətlə dirçəlməsi Azərbaycan xalqının əyilməz iradəsinin və öz torpağına olan sonsuz sevgisinin təntənəsidir. Bir vaxtlar viran qoyulmuş bu şəhər bu gün yenidən tikilir, abadlaşır və öz əsl sahiblərini qarşılayır. Hər bir yeni bina, hər bir əkilən ağac həyatın ölüm üzərində, quruculuğun dağıntı üzərində qələbəsidir.
Şəhərdə yaradılan müasir infrastruktur, təhlükəsizlik tədbirləri və sosial-iqtisadi imkanlar insanların burada əbədi və firavan yaşamasına zəmanət verir. Ağdam artıq kədər və həsrət ünvanı deyil, inkişaf, tərəqqi və xoşbəxt gələcək rəmzidir.
Bu gün Ağdamda ucalan Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq. Ağdamın timsalında bütün Qarabağ yenidən çiçəklənir və regionda davamlı sülhün, rifahın möhkəm təməli qoyulur.
Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini



