AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Cümə məscidinin bərpası: Mənəvi dəyərlərimizin dirçəlişi

Ağdamın rəmzlərindən biri olan tarixi Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. İşğal illərində erməni vandalizminə məruz qalan, təhqir edilən və dağıdılan bu müqəddəs məbəd xalqımızın mənəvi ağrısına çevrilmişdi. Şəhər azad edildikdən sonra Prezident İlham Əliyevin ziyarət etdiyi ilk ünvanlardan biri də məhz Cümə məscidi oldu.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Cümə məscidində genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirildi. Yerli və xarici mütəxəssislərin iştirakı ilə məscidin tarixi memarlıq quruluşu, minarələri və daxili bəzəkləri ilkin formasına uyğun şəkildə bərpa olundu. Bu işlər dini-mənəvi irsimizə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Bu gün Cümə məscidinin minarələrindən ucalan azan səsi Ağdamın azadlığının və mənəvi dirçəlişinin simvoludur. Məscidin yenidən ibadətə açılması xalqımızın tarixi yaddaşının və dini dəyərlərinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirir.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button