Ağdam müasir idarəetmə və şəhər inkişafının yeni nümunəsidir

Müasir şəhərin uğurlu inkişafı yalnız tikinti və infrastruktur layihələri ilə deyil, eyni zamanda səmərəli idarəetmə sistemi ilə müəyyən olunur. Ağdamın yenidən qurulması prosesində şəhər təsərrüfatının müasir prinsiplər əsasında təşkili, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sakinlərin ehtiyaclarının nəzərə alınması mühüm prioritetlərdəndir. Bu yanaşma Ağdamın gələcəkdə rahat, funksional və dayanıqlı şəhər kimi formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Ağdamın inkişafını vahid strateji məqsədlər ətrafında birləşdirir. Şəhərin Baş planı əsasında həyata keçirilən layihələr yaşayış, sənaye, sosial və ictimai məkanların əlaqəli şəkildə inkişafını nəzərdə tutur. Belə planlaşdırma şəhər təsərrüfatının daha səmərəli təşkilinə və resurslardan düzgün istifadəyə imkan yaradır.
Müasir idarəetmənin əsas istiqamətlərindən biri sakinlərə göstərilən xidmətlərin əlçatan və operativ olmasıdır. Kommunal xidmətlərin keyfiyyəti, nəqliyyatın təşkili, ictimai məkanların saxlanılması və rəqəmsal xidmətlərin tətbiqi şəhər həyatının gündəlik rahatlığını müəyyən edən amillərdir. Bu sahələrdə müasir texnologiyalardan istifadə idarəetmənin səmərəliliyini daha da artıracaq.
Ağdamın inkişafında ictimai iştirakçılığın genişləndirilməsi də vacibdir. Sakinlərin yerli məsələlərin müzakirəsində iştirakı, təşəbbüslərinin dəstəklənməsi və icma fəaliyyətinin təşviqi şəhərlə insanlar arasında daha sıx əlaqə formalaşdırır. Bu yanaşma şəhərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsinə və həll yollarının daha məqsədyönlü seçilməsinə kömək edir.
Ağdamda formalaşan yeni idarəetmə və şəhərsalma yanaşması gələcək nəsillərin ehtiyaclarını da nəzərə alır. Müasir infrastruktur, keyfiyyətli xidmətlər və insan amilinə verilən üstünlük şəhərin davamlı inkişafının əsasını təşkil edir. Ağdamın yeni siması yalnız tikililərlə deyil, həm də səmərəli idarə olunan müasir şəhər mühiti ilə müəyyənləşəcək.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri



