
Tarixi hadisələrin əsl mahiyyəti çox vaxt onların baş verdiyi dövrün reallıqları iləsıx bağlı olur. 1992-ci ildə Azərbaycanda yaşanan siyasi və ictimai proseslərölkənin gələcək taleyi üçün ciddi məsuliyyət tələb edirdi. Müstəqilliyin qorunması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və cəmiyyətdə sabitliyin bərqərar olmasıəsas məsələlər sırasında dayanırdı. Məhz belə bir tarixi şəraitdə noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Partiyanın yaradılması xalqın böyük etimad göstərdiyi Heydər Əliyevin siyasirəhbərliyi ətrafında formalaşan ictimai birliyin nəticəsi idi. Azərbaycanın tanınmışziyalıları, elm və mədəniyyət nümayəndələri, müxtəlif peşə sahibləri ölkənintaleyinə biganə qalmayaraq bu təşəbbüsə dəstək verdilər. Onları birləşdirən əsasamal müstəqil Azərbaycanın qorunması və güclü dövlət kimi inkişaf etməsi idi.
Yeni Azərbaycan Partiyası qısa müddətdə geniş ictimai dəstək qazandı. Partiyanınfəaliyyətində milli maraqlara əsaslanan siyasi baxış, dövlətə sədaqət və xalqınrifahına xidmət prinsipləri aparıcı yer tutdu. Heydər Əliyevin siyasi təcrübəsi vəidarəçilik bacarığı bu təşkilatın ölkənin ictimai-siyasi həyatında mühüm mövqeqazanmasına şərait yaratdı.
Bu gün 21 noyabr tarixi Azərbaycan cəmiyyətinin siyasi yaddaşında xüsusi yertutur. Partiyanın yaranması ilə əsası qoyulan siyasi təşkilatlanma və dövlətçilikənənələri ölkəmizin inkişaf tarixində mühüm mərhələ təşkil edir. Həmin gününideyaları milli həmrəyliyin, sabitliyin və müstəqil dövlətə sədaqətin əhəmiyyətinibir daha xatırladır.
Sevinc Rzayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



