AnalitikaGündəmSiyasət

Müstəqil Azərbaycanın siyasi tarixində yeni səhifə

Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyəti 1992-ci il Azərbaycan üçün mürəkkəb sınaqlar və taleyüklü qərarlar dövrü idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz siyasi qeyri-sabitlik, iqtisadiçətinliklər və ciddi ictimai problemlərlə üz-üzə qalmışdı. Belə bir zamanda xalqıngələcəyinə məsuliyyətlə yanaşan insanların yeni siyasi qüvvə ətrafında birləşməsimühüm zərurətə çevrilmişdi. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsiskonfransının keçirilməsi bu zərurətin tarixi ifadəsi oldu.

Təsis konfransı Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanınsiyasi həyatında yeni bir səhifə açdı. Partiyanın yaradılması ölkədə sağlam siyasimühitin formalaşmasına, dövlətçilik ideyalarının güclənməsinə və milli maraqlarınmüdafiəsinə xidmət edən mühüm təşəbbüs idi. Bu hadisə cəmiyyətin gələcəyə olaninamını artırdı və ölkənin siyasi inkişafında yeni istiqamət müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyasının fəaliyyəti müstəqil dövlət quruculuğununmöhkəmləndirilməsi ilə sıx bağlıdır. Heydər Əliyevin müəyyən etdiyi siyasistrategiya nəticəsində Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Dövlətinstitutlarının gücləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi, beynəlxalqəlaqələrin genişləndirilməsi və milli maraqların qorunması bu siyasətin əsasistiqamətlərini təşkil etdi.

Bu gün partiyanın təsis konfransının ildönümü böyük ehtiramla qeyd olunur. Çünki 21 noyabr tarixi Azərbaycan siyasi düşüncəsində məsuliyyətin, qətiyyətinvə dövlətçilik naminə birliyin simvoludur. Həmin gün əsası qoyulan siyasitəşkilatın fəaliyyəti ölkəmizin müasir inkişaf tarixində mühüm yer tutur və gələcəknəsillərə zəngin siyasi irs ötürür.

 Aygün Quliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button