AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa Zəfəri və Azərbaycanın Beynəlxalq Nüfuzunun Artması

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması və İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirmişdir. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə güclü və suveren dövlət olduğunu bütün dünyaya sübut etdi.

Müharibədən sonra Azərbaycanın regional liderlik rolu daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq enerji, nəqliyyat və təhlükəsizlik layihələrinin əsas təşəbbüskarına çevrilmişdir. Şuşada keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər bu artan nüfuzun bariz göstəricisidir.

Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlarla hesablaşır və ölkəmizlə strateji tərəfdaşlıq əlaqələrini genişləndirirlər.

Şuşa Zəfəri Azərbaycanın xarici siyasətində yeni üfüqlər açmış və dövlətimizin qlobal miqyasda söz sahibi olan etibarlı tərəfdaş kimi tanınmasını təmin etmişdir.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button