
Məktəbində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.
Tədbiri giriş sözü ilə Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Fərəc Rzayev açıb.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev və YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev çıxış edərək yarış iştirakçılarını qarşıdan gələn 8 noyabr–Zəfər Günü münasibəti ilə təbrik edərək, məktəblilərə uzun ömür, can sağlığı və təhsildə uğurlar arzulayıblar.
Qeyd olunub ki,bu il 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərimizin 6-cı ildönümüdür.Bu tarixi Zəfər Ali Baş Komandan,məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Vətən yolunda öz şirin canlarından keçən şəhidlərin, sağlamlıqlarını itirən qazilərin, müharibə veteranlarının sayəsində qazanıllb. Bugünkü azad və suveren respublikada yaşamağımız üçün Ali Baş Komandana,şəhid və qazilərə,müharibə veteranlarına borcluyuq.
Çıxış edənlər məktəblilərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyyə ediblər.
Sonra yarışa start verilib. Birincilikdə ümumtəhsil məktəblərindən 4 yaş qrupu üzrə 70 şagird iştirak edib.
Qaliblərə Zəfər Gününə həsr edilmiş ümumrayon tədbirində rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim ediləcək



