GündəmSosial

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti tədbir Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının üzvləri ilə keçirilib.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Əqdəm Əlişzadə və partiya fəalları iştirak ediblər.
Çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov dövlət suverenliyimizin tam bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib.
E.Əsədov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb. Bu parlaq nitqin bütün müddəalarının gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra ərazi partiya təşkilatının sədri Əqdəm Əlişzadə Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və müəyyən etdiyi fəaliyyət istiqamətləri barədə danışıb.
Görüşdə ölkəmizin inkişaf strategiyasının əsas hədəfləri, milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği, ideoloji təhlükəsizliyin təmin olunması və Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurların ictimaiyyətə çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və həyata keçirilən dövlət siyasətinin mahiyyətinin düzgün izah edilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə bildirilib ki, partiya üzvləri vətəndaşlarla əlaqələri daha da gücləndirməli, ölkədə həyata keçirilən daxili və xarici siyasətin mahiyyətini ictimaiyyətə dolğun şəkildə çatdırmalı, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasına töhfə verməlidirlər.

Oxşar Xəbərlər

Back to top button