
27 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının Atbulaq kənd və Navahı qəsəbə ərazi partiya təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi çağırışların mahiyyəti və onların həyata keçirilməsi ilə bağlı partiya üzvləri ilə növbəti görüş təşkil olunub.
Görüşdə Ulu Öndər Heydər Əliyevin “Azərbaycançılıq” ideologiyası, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, ölkəmizin əldə etdiyi nailiyyətlərin təbliği və cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakın təşviqi məsələləri müzakirə edilib. Həmçinin müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması, informasiya təxribatlarına qarşı düzgün mövqe sərgilənməsi və gənclərin milli dəyərlər əsasında maarifləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin icrası partiya üzvlərinin məqsədyönlü fəaliyyəti, təşəbbüskarlığı və cəmiyyətlə davamlı əlaqələrinin gücləndirilməsi ilə sıx bağlıdır. Bu istiqamətdə işlərin ardıcıl şəkildə davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.












