
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Oktyabrın 13-də Bakıda keçirilən görüşlər Azərbaycan ilə Laos arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından diqqət çəkir. İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və mövcud əməkdaşlıq potensialının reallaşdırılması səfərin əsas istiqamətlərini təşkil edib. Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Laosun beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəldiklərini vurğulayıb.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Laos arasında siyasi münasibətlər yaxşı səviyyədədir. Bununla yanaşı, iqtisadi əlaqələrin mövcud imkanlara uyğun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində yeni layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu baxımdan Prezident Thonqlun Sisulitin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin praktiki məzmununun gücləndirilməsinə xidmət edir. Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos arasında “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib, iki mühüm əməkdaşlıq sənədinin imzalanması və sənədlərin mübadiləsi mərasiminin keçirilməsi olub. İmzalanmış sənədlərin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi və əldə edilmiş razılaşmaların konkret layihələrə çevrilməsi üçün imkanlar yaradır. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisədir. Səfər zamanı mübadiləsi həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” və iki sənəd iqtisadiyyat, ticarət, vergitutma və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hüquqi və institusional zəmin yaradır.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində Asiya, xüsusilə də Cənub-Şərqi Asiya istiqamətinin əhəmiyyətini bir daha göstərir. Azərbaycan ilə Laos arasında mövcud dostluq münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi, imzalanmış sənədlərin ardıcıl icrası və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması gələcək tərəfdaşlıq üçün geniş perspektivlər açır.
Pərvanə Səfərova,
YAP fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı.



