
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamlaAzərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsisedilib. Həmin sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətləHeydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası PrezidentininQarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Şəhəri Günündə bu ilin
avqustundan doğma yurdlarına qayıtmış bir qrup Füzuli sakini ilə görüşüb səmimisöhbət edib. Sonra Füzuli Şəhəri Gününün geniş qala-konserti təqdim edilib. Tanınmışincəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Dahi Azərbaycanşairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldansonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindənaşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə tanışlıq olub. Dahasonra qonaqlar “Füzuli” guşəsinə baş çəkiblər. Burada Məhəmməd Füzulinin müxtəlifəsərləri əsasında hazırlanmış kompozisiyalar nümayiş olunub, şairin şeirlərisəsləndirilib. Rəssam tərəfindən dahi şairin portreti yaradılıb. Qeyd edək ki, FüzuliŞəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrininişğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 17-də şəhərin erməniişğalçılarından təmizlənməsindən illər ötür. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəlişəkildə qeyd ediləcək. Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davametdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndləryenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramıçərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib.
Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi



