
İkinci Qarabağ müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərbtariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimiyazıldı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2023-cü il iyulun31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabrtarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdənolmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılmasıAzərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttindəmöhkəm istehkam qurmuşdu. Rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdərayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda döyüşlərdəOrdumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyubqaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyükdöyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünyaartıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayişetdirdi. Bu tarixi qələbə 44 günlük şanlı Vətən müharibəsinin gedişatında həlledicimərhələlərdən biri oldu. 2020-ci il noyabrın 26-da «Füzulinin azad olunmasına görə» medalı təsis olunub. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan SilahlıQüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla mükafatlandırılıb.
Xatırladaq ki, işğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən dətürbələrlə zəngin ərazi olub. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir hissəsinivandalcasına dağıdıb. Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidənqurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Azərbaycan RespublikasınınPrezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində BöyükQayıdışa dair I Dövlət Proqramı» böyük uğurla həyata keçirilir.
44 günlük müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, müxtəlif rahat yollar, yaraşıqlı parklar salınıb, yaşayış kompleksləriucaldılıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin birhissəsi doğma yurd yerlərinə artıq qayıdıb. Artıq dörd ildir ki, Füzulidə AzərbaycanınÜçrəngli Bayrağı dalğalanır. Şəhərdə aparılan böyük quruculuq işləri sayəsindəindiyədək minlərlə sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.
Bu gün Füzulidə faliyyət göstərən beynəlxalq hava limanı, bir çox sənayemüəssisələri bir daha göstəri ki, rayon öz aqrar-sənaye potensialından istfadəyəbaşlayıb.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri



