
Məktəbli forması şagirdin təhsil müəssisəsinə aidliyini ifadə edən amillərdən biridir. Eyni zamanda, uşaqlarda məsuliyyət, səliqəlilik və ictimai qaydalara riayət etmək vərdişlərinin inkişafına müsbət təsir göstərir. Məktəb mühitində xarici görünüşdən daha çox bilik və bacarıqların ön plana çıxması da vacib məsələlərdəndir.
Vahid geyim forması valideynlər üçün də müəyyən rahatlıq yarada bilər. Belə ki, gündəlik məktəb geyiminin seçilməsi ilə bağlı çətinliklər azalır və ailələr əvvəlcədən müəyyən edilmiş geyim qaydalarına uyğun hərəkət edirlər. Bununla belə, formanın qiymətinin münasib olması və keyfiyyət standartlarına cavab verməsi xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, vahid məktəbli forması yalnız geyim qaydası deyil, həm də məktəb mədəniyyətinin formalaşmasına xidmət edən vasitədir. Bu ənənənin düzgün təşkili şagirdlərin təhsil mühitinə uyğunlaşmasına, intizamlı davranışına və məktəb dəyərlərinə bağlılığına töhfə verə bilər.
Nihal Muradzadə,
YAP Nizami rayon təşkilatının gənc fəalı


