AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyevin siyasi xətti və Prezident İlham Əliyevin Zəfər strategiyası: YAP VIII Qurultayının mesajları

Yeni Azərbaycan Partiyasının VIII QurultayıAzərbaycanın ictimai-siyasi həyatında mühüm hadisəolmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə edilmişZəfərlərin, bərpa olunan ərazi bütövlüyü və suverenliyin, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən stratejihədəflərin müzakirə olunduğu mühüm siyasi platformakimi diqqəti cəlb etdi. Oktyabrın 2-də Heydər ƏliyevMərkəzində keçirilən qurultayda AzərbaycanRespublikasının Prezidenti, Yeni Azərbaycan PartiyasınınSədri İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklərdəkeçdiyi inkişaf yoluna və yeni mərhələdə qarşıda dayananvəzifələrə geniş baxış təqdim etdi.

VIII Qurultayın əsas xüsusiyyəti ondan ibarətdir ki, butədbir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinitam bərpa etdiyi yeni siyasi və geosiyasi reallıq şəraitindəkeçirilir. Prezident İlham Əliyev çıxışının əvvəlində xüsusivurğuladı ki, YAP qurultayı ilk dəfə Azərbaycanın ərazibütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonrakeçirilir. Bununla VII Qurultayla VIII Qurultay arasındakeçilən tarixi məsafənin mahiyyəti aydın görünür: VII Qurultay 44 günlük Vətən müharibəsində qazanılmışZəfərdən cəmi bir neçə ay sonra, VIII Qurultay isə artıqərazi bütövlüyünün və suverenliyin tam bərpa olunduğumərhələdə keçirilir.

Bu mənada VIII Qurultay Azərbaycanın yeni siyasimərhələsinin mühüm göstəricilərindən biridir. 2020-ci il 8 Noyabr Zəfəri ilə başlayan proses 2023-cü il 20 Sentyabrhadisələri ilə Azərbaycanın bütün ərazisində suverenliyininbərpası mərhələsinə çatdı. Prezident İlham Əliyevçıxışında 8 Noyabr və 20 Sentyabr tarixlərinin xüsusiəhəmiyyətini vurğulayaraq hər iki hadisəni Azərbaycanınmüasir tarixində mühüm hərbi-siyasi nəticə kimi təqdimetdi.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsasməqamlardan biri Azərbaycanın Zəfərinin yalnız 2020-ci ildən başlayan proses kimi deyil, daha uzunmüddətlidövlətçilik və siyasi strategiyanın nəticəsi kimi təqdimolunmasıdır.

Dövlət başçısı Azərbaycanın qələbələrinin başlanğıcını1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş YeniAzərbaycan Partiyasının təsis qurultayı ilə əlaqələndirdi. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycancəmiyyətinin dövlətin taleyini düşünən insanları Ulu ÖndərHeydər Əliyevin ətrafında birləşmiş və YAP-ın yaradılmasıAzərbaycanın gələcək qələbələrinə yol açmışdı.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasihakimiyyətə qayıdışı isə Azərbaycanın müasir dövlətçiliktarixində mühüm dönüş mərhələsi kimi təqdim edildi. Prezident İlham Əliyev həmin dövrü ağır iqtisadi vəziyyət, ərazi itkiləri, separatçılıq, dövlət çevrilişi cəhdləri vəhumanitar problemlərlə səciyyələndirdi. O dövrdədövlətçiliyin qorunması, iqtisadi əsaslarınformalaşdırılması və Azərbaycanın beynəlxalq mövqeyininmöhkəmləndirilməsi qarşıda duran əsas məsələlərsırasında idi.

VIII Qurultayda Prezident İlham Əliyevin çıxışınınmühüm hissəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinə vəhəmin irsin müasir mərhələdə davam etdirilməsinə həsrolunub.

Dövlət başçısının çıxışında vurğuladığı kimi, UluÖndərin müəyyən etdiyi siyasi xəttin əsas istiqamətlərimüstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbipotensial və ölkənin öz imkanlarından maksimum istifadəetməsi kimi təqdim olunur. Prezident İlham Əliyev busiyasi xəttin 2003-cü ildən sonra da davam etdirildiyini vəgələcəkdə də davam etdiriləcəyini bildirdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2003-cü ildə Prezident seçilərkən qarşıya qoyulan əsasvəzifələrdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıidi. 2020-ci il Vətən müharibəsində əldə edilmiş Zəfər və2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinəticəsində bu məqsədin həyata keçirildiyi vurğulandı.

Prezident İlham Əliyevin çıxışında Yeni AzərbaycanPartiyasının gələcək fəaliyyətinə dair ən konkretmesajlardan biri ideoloji işin yeni üsullarla qurulması iləbağlı oldu.

Dövlət başçısı şablonlardan və formal xarakter daşıyantədbirlərdən uzaqlaşmağın, yeni və müasir ideoloji işlərinaparılmasının vacibliyini bildirdi. Azərbaycan reallıqlarınıngeniş informasiya məkanında və Azərbaycan dilindəvətəndaşlara çatdırılmasının əhəmiyyətini xüsusivurğuladı.

Bu, YAP-ın qarşısında yeni kommunikasiya vəinformasiya vəzifələrinin dayandığını göstərir. Müasircəmiyyətdə siyasi təşkilatın fəaliyyəti yalnız toplantılar, konfranslar və ənənəvi təşkilati tədbirlərlə məhdudlaşmır. Sosial media, rəqəmsal platformalar və yeni informasiyatexnologiyaları cəmiyyətlə əlaqənin mühüm vasitələrinəçevrilib.

Bu baxımdan partiya fəallarının qarşısında duran əsasməsələlərdən biri ölkədə baş verən proseslər barədəictimaiyyətə dəqiq, faktlara əsaslanan və anlaşıqlıməlumatların çatdırılmasıdır.

VIII Qurultayda qarşıdakı dövrün əsas vəzifələrindənbiri kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusivurğulandı.

Prezident İlham Əliyevin bildirdiyinə görə, həmin tarixəQarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alırdı. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrıldığı, 48 yaşayış məntəqəsindəkeçmiş məcburi köçkünlərin artıq məskunlaşdığı qeydedildi. Dövlət başçısı qarşıdakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətləndiriləcəyini bildirdi.

VIII Qurultayda Prezident İlham Əliyevin çıxışınınümumi məzmununa nəzər saldıqda bir-biri ilə əlaqəli birneçə əsas istiqamət aydın şəkildə görünür: güclüdövlətçilik, siyasi müstəqillik, iqtisadi dayanıqlıq, hərbipotensialın artırılması, ideoloji təhlükəsizlik, fəal xaricisiyasət, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, sosial rifah və Böyük Qayıdış.

Bu istiqamətlər Azərbaycanın Zəfərdən sonraqarşısında dayanan yeni vəzifələrin mahiyyətini təşkil edir.

VIII Qurultay yalnız Azərbaycanın keçdiyi yolunqiymətləndirilməsi baxımından deyil, Yeni AzərbaycanPartiyasının gələcək fəaliyyəti baxımından da mühümmesajlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışının sonunda YAP fəallarının və bütün üzvlərin qarşıda duran tarixi vəzifələrinicrasında fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.

Bu baxımdan YAP-ın qarşısında duran vəzifələrsırasında müasir informasiya mühitində fəaliyyətingücləndirilməsi, Azərbaycan reallıqlarının cəmiyyətəçatdırılması, gənclərlə işin yeni üsullarla qurulması, dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliği, ölkənininkişaf gündəliyinin ictimai müzakirəyə çıxarılması xüsusiyer tutur.

Bayram Xudayarov,
YAP-ın fəal üzvü Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbukqrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button