GündəmSosial

27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar 26 sentyabr 2026-cı il tarixində Rüstəm Rüstəmov küçəsi 76 ünvanında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə ithaf olunan ağacəkmə aksiyası keçirilib.

Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə ithaf olunan ağacəkmə aksiyasında Bakı şəhərinin torpaq-iqlim şəraitinə uyğun olaraq 120 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button