
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə gənclərin potensialının üzə çıxarılması, onların sağlam, vətənpərvər və savadlı kadr kimi yetişməsi üçün bütün zəruri şərait yaradılıb.
Görüş zamanı Tərtər Gənclər evinin direktoru Musa Paşayev Gənclər evinin fəaliyyət istiqamətləri, gənclər üçün göstərilən sosial xidmətlər, həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər barədə fikirlərini bölüşüb.
Həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallığının artırılması, maarifləndirici tədbirlərin və müxtəlif sosial layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səmimi söhbət formatında keçirilən görüş zamanı iştirakçıların təklif və fikirləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.




