İqtisadi əlaqələrin institusional dayaqları və enerji əməkdaşlığının genişlənən imkanları

Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin ardıcıl inkişafında hökumətlərarası mexanizmlərin xüsusi rolu var. Bu baxımdan, Hökumətlərarası Komissiyanın fəaliyyəti iki ölkənin iqtisadi, ticari və investisiya əlaqələrinin sistemli şəkildə əlaqələndirilməsi üçün mühüm platforma kimi çıxış edir. Komissiya çərçivəsində müxtəlif sahələr üzrə mövcud vəziyyətin qiymətləndirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ikitərəfli münasibətlərin praktiki məzmununu zənginləşdirir. Belə mexanizmlərin fəaliyyəti siyasi səviyyədə əldə olunan razılaşmaların iqtisadi layihələrə çevrilməsinə və sahibkarlıq subyektləri arasında daha sıx əlaqələrin yaranmasına əlverişli şərait yaradır.
İqtisadi-ticari münasibətlərin genişlənməsi üçün Azərbaycan və Özbəkistanın malik olduğu potensial kifayət qədər böyükdür. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, investisiya, turizm və digər sahələrdə qarşılıqlı layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi imkanlarından daha səmərəli istifadə etməyə imkan verir. Hökumətlərarası Komissiyanın əsas üstünlüklərindən biri də məhz müxtəlif dövlət qurumları və biznes dairələri arasında əlaqələndirməni gücləndirməsidir. Qarşılıqlı investisiyaların təşviqi, yeni istehsal sahələrinin yaradılması və ticarət əlaqələrinin şaxələndirilməsi istiqamətində görülən işlər iqtisadi tərəfdaşlığın uzunmüddətli perspektivlərini daha da genişləndirir.
Energetika sahəsi də Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektivli istiqamətlərindən birinə çevrilir. Hər iki ölkənin enerji potensialı, bu sahədə formalaşmış təcrübəsi və yeni texnologiyalara marağı qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Ənənəvi enerji sahələri ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və müasir enerji infrastrukturunun inkişafı kimi istiqamətlər də qarşılıqlı maraq doğurur. Enerji sahəsində əməkdaşlığın genişlənməsi yalnız iqtisadi fayda yaratmaqla məhdudlaşmır, eyni zamanda regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yeni enerji əlaqələrinin formalaşdırılması baxımından da əhəmiyyət daşıyır.
Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin gələcək inkişafı üçün siyasi iradə, institusional mexanizmlər və qarşılıqlı biznes maraqları mövcuddur. Hökumətlərarası Komissiyanın fəaliyyəti bu potensialın konkret layihələrə çevrilməsinə xidmət edən mühüm vasitələrdən biridir. Energetika sahəsində artan əməkdaşlıq isə ümumi iqtisadi tərəfdaşlığın yeni istiqamətlər hesabına genişləndirilməsi baxımından əlavə imkanlar açır. İki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olması iqtisadi əlaqələrin də davamlı inkişafına əlverişli şərait yaradır. Bu əsaslar üzərində qurulan əməkdaşlığın qarşıdakı illərdə yeni investisiya layihələri, genişlənən ticarət əlaqələri və enerji sektorunda daha fəal tərəfdaşlıqla müşayiət olunacağı gözlənilir.
Kamran Mustafayev,
YAP Xəzər RT-ı məsləhətçisi



