
Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş bir qrup vətəndaşa partiya vəsiqələri təqdim olunub.
Sevindirici haldır ki, son dövrlərdə partiyaya qoşulmaq üçün müraciət edənlərin sayı davamlı artmaqdadır. Müraciətlər arasında gənclər, yaşlı nəsil nümayəndələri, sahibkarlar, tələbələr, özəl və dövlət sektorunda çalışan şəxslər, müxtəlif peşə sahibləri yer alır. Bu isə cəmiyyətin müxtəlif təbəqələrinin Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətə, ölkəmizin inkişaf strategiyasına və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlara göstərdiyi etimadın bariz ifadəsidir.
Partiya sıralarına yeni qoşulan hər bir üzvü təbrik edir, onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, onlar dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və Azərbaycanın daha da inkişafı naminə həyata keçirilən işlərə öz töhfələrini verəcəklər.




