AnalitikaGündəmSiyasət

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ölkəmizdəki açılışı tarixi əhəmiyyət daşıyan hadisədir

Bu tədbir beynəlxalq əhəmiyyətli tədbir kimi Azərbaycan Respublikasının dünya dövlətləri içərisində tanınması üçün çox böyük əhəmiyyətə malkidir.Tədbirin keçirilməsi və davamlı yeni tədbirlərin Azərbaycan Respublikası üçün nəzərdə tutulması böyük önəm daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışında 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının olması barədə məlumat vermişdi. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirilmiş və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacağı bildirilmişdi.Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanmışdır. Bu tədbirlə Azərbaycanı eyni zamanda dünya dövlətlərinə mədəniyyətin inkişafında dayaq olduğunu çatdırmağa çalışacaqdır.

Prezident öz çıxışında Bakı şəhərinin keçmişilə müasir dövrünün vəhdət təşkil etdiyini bildirmiş və diqqətə çatdırmışdır ki, ulu babalarımız şəhərin salınmasında hələ əsrlər öncə şəhərsalma ənənələrinə düzgün yanaşmışdır.Hazırda Bakı şəhəri öz füsünkar gözəlliyilə diqqəti cəlb edir, Bakı bulvarı XIX əsrdən etibarən inkişaf edərək 3 km-dən 15 km-dək sahəsi artmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası memarlıq və inşaat işlərində daha çox maraqlıdır. Bunu göstərən cəhətlərdən biri də 2022-ci ildən bəri uzun müddət işğal altında olan -Ağdam, Zəngilan və Xankəndində ardıcıl olaraq şəhərsalma forumlarının keçirilməsi olmuşdur.

Tarixi memarlıq xronologiyasının hər səhifəsini bələd olan Prezdentimiz gələn qonaqların qarşısında bu bilikləri ilə heyrət doğurmuşdur. Gəncədə olan Şeyx Nizami məqbərəsi, Naxçıvandakı Mömünə Xatun türbəsi, Şamaxıdakı VIII əsr məscidi,qədim tarixi memarlıq regionu olan Lahıc qəsəbəsi və onun arxitektur quruluşu haqqında maraqlı faktları qeyd etmişdir. Azərbaycan xalqı daha çox sülhə və əmin -amanlığa yönəlmiş xalqdır və 30 ildən çox müddətdə işğala məruz qalmış şəhərlərimizin yenidən bərpasına diqqət ayırmışdır. Bu istiqamətdə daha çox mədəniyyət paytaxtımız olan Şuşa şəhəri daha çox diqqət kəsb edir.

Forumun açılışı mərasimində Bakı şəhərinin əsrlər boyu yadelli təcavüzlərinə məruz qalması,bu işğal zamanı qədim tikililərin məhv olunması barədə məlumatlar göstərilmişdir. Bütün bunlara baxmayaraq, xalqımız yenə də bərpa işlərini öz üzərinə götürmüşdür. Şəhər hazırda bir çox yarışlara ev sahibliyi edir, bu da arxitektur quruluşundan irəli gəlir. Hazırda Azərbaycan Respublikasının qarşısında qoyduğu məqsədlərdən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır.5 il ərzində çəkilən tunellərin uzunluğu 70 kilometrdir,digər beşinin də tikiləcəyi bildirilir, 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikildiyi, dəmir yolları çəkildiyi dövlət başçımız tərəfindən vurğulandı.

Bakının 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olduğu üçün 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilmişdir. Beləliklə, Bakı çox çirklənmiş və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini əcnəbilər üçün bu, bir məna kəsb etməmişdir. Amma hazırda şəhər tamamilə dəyişmiş,ekoloji sağlamlıq geriyə qayıtmışdır . Hazırda parklar və yeni tikilillər salınmaqla şəhərin infrastrukturu tamamilə dəyişmişdir.

Yuxarıda qeyd olunan bütün faktlar göstərir ki, həqiqətən 2026- cı ilin Memarlıq və Şəhərsalma ili olduğu təsadüfi olmamışdır.Bu ilin yüksək səviyyədə qeyd olunması cənab Prezdentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə qeyd olunması hər zaman ölkəmizin sülhsevər və qonaqpərvər olduğunu göstərən amillərdən biridir.

Gülnar Qədirova,
Xəzər rayonu,230 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

 

 

Oxşar Xəbərlər

Back to top button